Bank Of Baku

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində professor Əkrəm Cəfərin şəxsi fondu yaradılır

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində professor Əkrəm Cəfərin şəxsi fondu yaradılır
# 25 iyul 2012 15:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin şəxsi fondu yaradılır. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Əkrəm Cəfərin ailəsi mərhum alimin bir sıra fotoşəkillərini, dövrünün görkəmli şəxsiyyətləri ilə məktublaşmalarını, əsərlərinin əlyazmalarını Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim edib. Hazırda həmin eksponatların təsnif edilməsi üzərində iş aparılır.

Qeyd edək ki, muzeydə Mirzə Fətəli Axundov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov və digərlərinin şəxsi fondları da mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR