Bank Of Baku

“İRƏLİ” Ədəbi Məclisinin “Genosid Almanax 3” kitabı işıq üzü görəcək - FOTO

“İRƏLİ” Ədəbi Məclisinin “Genosid Almanax 3” kitabı işıq üzü görəcək -<font color=red> FOTO</font>
# 26 iyul 2012 08:36 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” Ədəbi Məclisinin start verdiyi “Gənc yazarlara dəstək” layihəsi davam edir. APA-nın məlumatına görə, layihə çərçivəsində almanax silsiləsindən olan 3-cü kitab “Genosid - Almanax” kitabı yaxın vaxtlarda işıq üzü görəcək.

“Genosid Almanax 3” kitabının çap olunmasında əsas məqsəd gənclərin son 100 ildə məruz qaldığımız hadisələrdən və Azərbaycan həqiqətlərindən xəbərdar olmasıdır.

Kitabda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlunun əsrin əvvəllərində yazdığı yazıları ilə yanaşı, müasir orta yaşlı nəsil ziyalıların, millət vəkili, tanınmış jurnalistlərin, 30-dan çox gənc yazarın və xarici ölkələrin alim və yazarlarının Qarabağ və soyqırımı haqda məqalələri, əsərləri dərc olunacaq.

Xatırladaq ki, “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində “Almanax 1”, “Xaç kölgəsi” və “Almanax 2” kitabları işıq üzü görüb. Kitablar 1000 tirajda nəşr olunub. Bundan başqa 20-dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap edilib.

Hörmətlə,
Nəzakət Əliyeva
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidməti
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR