Bank Of Baku

Azərbaycanın CAR-dakı səfirliyi Pretoriya Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar bağışlayıb - FOTO

Azərbaycanın CAR-dakı səfirliyi Pretoriya Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar bağışlayıb - <font color=red>FOTO</font>
# 30 iyul 2012 11:59 (UTC +04:00)
Bakı – APA. Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması tədbirləri çərçivəsində iyulun 30-da Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkənin Pretoriya Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar bağışlayıb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabların bağışlanması ilə əlaqədar Pretoriya Universitetində rəsmi mərasim keçirilib.

Səfir Elxan Poluxov Nizami Gəncəvinin həyat yolu, yaradıcılığı və dünya mədəniyyətində oynadığı rol barəsində çıxış edib. O, Pretoriya Universitetinin kitabxanasında bundan sonra Azərbaycan haqda kitabların nümayiş ediləcəyindən məmnun olduğunu və gələcəkdə universitetlə əlaqələrin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, səfirlik tərəfindən kitabxanaya Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilmiş 30-dan artıq kitab, Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş və Azərbaycanla bağlı digər nəşrlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR