Bank Of Baku

Üç cildlik “Azərbaycan tarixi” kitabı nəşrə hazırlanır

Üç cildlik “Azərbaycan tarixi” kitabı nəşrə hazırlanır
# 01 avqust 2012 13:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda üç cildlik “Azərbaycan tarixi”nin nəşrinə hazırlıq işləri başlanıb. APA-nın məlumatına görə, yeni üçcildlikdə ən qədim zamanlardan yaşadığımız günlərədək Azərbaycan tarixinin ən mühüm məsələləri öz əksini tapacaq. Nəşr olunacaq yeni “Azərbaycan tarixi”ndə Azərbaycan tarixinin indiyədək təhrif edilmiş və qəsdən saxtalaşdırılmış problemlərinə yeni baxış əsas götürüləcək. Kitabda tariximizin indiyədək araşdırılmamış məsələləri də geniş şəkildə işıqlandırılacaq. Üçcildliyin nəşri ilə bağlı elmi konsepsiya üzərində iş artıq başa çatmaq üzrədir. Konsepsiyanın layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Üçcildlik yeni “Azərbaycan tarixi”nin 1-ci cildi ən qədim zamanlardan XVIII əsrin 30-cu illərinədək olan dövrü, 2-ci cildi 1736-1917-ci illəri, 3-cü cildi 1918-2012-ci illəri əhatə edəcək. Kitabda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə dair materiallar, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən böyük quruculuq-abadlıq işləri geniş işıqlandırılacaq. Yeni “Azərbaycan tarixi” müxtəlif dövrlərərə aid xəritələr, illüstrasiyalar, mənbələr və ədəbiyyat siyahısı ilə tamamlanacaq. Üçcildlik yeni “Azərbaycan tarixi” akademik R.Ə.Mehdiyevin ümumi redaktorluğu ilə nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR