Bank Of Baku

Tiflisdə Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi qeyd olunub

Tiflisdə Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi qeyd olunub
# 27 avqust 2012 07:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə böyük Azərbaycan yazıçısı və mütəfəkkiri Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir ədibin dəfn olunduğu Nəbatat bağında təşkil olunub. Tədbirdə gürcü yazıçıları və ictimaiyyət nümayəndələri görkəmli yazıçının xatirəsini yad ediblər.

Qeyd olunub ki, M.F. Axundov 19-cu əsrdə Gürcüstan paytaxtında yaşayıb və fəaliyyət göstərib. Görkəmli yazıçı , dramaturq, ictimai xadim Azərbaycan və ümumqafqaz mədəniyyətinə böyük töhfələr bəxş edib.
Tədbirdə çıxış edən gürcü yazıçı, alim və tarixçiləri tarixi köklərə malik gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunun möhkəmləndirilməsində Axundovun fəaliyyətinin böyük rolunun olduğunu qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR