Bank Of Baku

Bakıda Küveytin tanınmış şairəsinin şerlər kitabı çapdan çıxıb

Bakıda Küveytin tanınmış şairəsinin şerlər kitabı çapdan çıxıb
# 19 sentyabr 2012 12:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə Küveytin tanınmış şairəsi, nüfuzlu alim və ictimai xadim xanım Şeyxə Suad Məhəmməd Əl-Sabahın “Məni günəşə apar” adlı şerlər kitabı “Azərbaycan” Dövlət Nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Səfirlikdən APA-ya verilən məlumata görə, indiyədək Şeyxə Suad Əl-Sabahın şerləri ümumilikdə 15 dilə tərcümə olunub, dünyanın 20-dən artıq ölkəsində kitab şəklində işıq üzü görüb.

“Məni günəşə apar” küveytli ədiblərin əsərlərindən Azərbaycanda dərc edilmiş ilk kitabdır. Kitab Azərbaycan dilinə tanınmış şairə Bəsti Əlibəyli tərəfindən tərcümə olunub.

Şeyxə Suad Məhəmməd Əl-Sabah iqtisadiyyat və siyasi elmlər doktorudur, bir çox beynəlxalq elmi, mədəni, təhsil cəmiyyətlərinin sədri, yaxud üzvüdür. Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, Şeyx Məhəmməd Əl-Sabahın böyük qızı, Küveytin VI Əmiri Şeyx Məhəmməd Sabah Əl-Sabahın nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR