Bank Of Baku

Türkiyəli yazıçı İmdad Afşar: “Mirzə Fətəli Axundov bütün Türk dünyasının dahi şəxsiyyətlərindən biridir” - FOTO

Türkiyəli yazıçı İmdad Afşar: “Mirzə Fətəli Axundov bütün Türk dünyasının dahi şəxsiyyətlərindən biridir” - <font color=red>FOTO</font>
# 24 sentyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Türkiyənin tanınmış yazıçılarının, Azərbaycan müəlliflərinin əsərlərini türkcəyə tərcümə edən Avrasiya Yazarlar Birliyinin üzvü İmdad Afşar və uşaq ədəbiyyat yazarı Həsən Kalemçi Bakıdadır. İmdad Afşarın APA-ya verdiyi məlumata görə, səfərin məqsədi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubiley tədbirlərində iştirak etməkdir. Qonaq yazıçı bildirib ki, artıq onlar Şəkidə M.F.Axundovun yubiley tədbirlərində iştirak ediblər və bu tədbirlərdə iştirak davamlı xarakter daşıyır: “Mirzə Fətəli Axundovun pyeslərini tərcümə etmişəm və bu işi davam etdirəcəyəm. Sentyabrın 21-i axşam Şəkidə olduq və orada tədbirlərdə iştirak etdik. Qazaxıstan, Başqırdıstan, Türkiyə, Konyadan və digər ölkələrdən qonaqlar qatıldı. İki gün boyunca Mirzə Fətəli Axundovun simasında Türk dünyası birləşdi. Mirzə Fətəli Axundov tək Azərbaycanın deyil, bütün Türk dünyasının dahi şəxsiyyətlərindən biridir”.

İ. Afşar Azərbaycan klassik və müasir müəlliflərin əsərləri ilə bağlı çalışmaların olduğunu da deyib. Avrasiya Yazarlar Birliyinin üzvü Bakıda Xurşudbanu Natəvanın 180 illiyi münasibəti ilə bağlı keçiriləcək tədbirdə də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR