Bank Of Baku

Sabir Rüstəmxanlının yeni kitabı çapdan çıxıb - FOTO

Sabir Rüstəmxanlının yeni kitabı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 12:31 (UTC +04:00)
Bakı – APA. Xalq şairi Sabir Rüstəmxanlının «Əbədi sevda» adlı şeirlər kitabı çapdan çıxıb.

VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Təhsil» nəşriyyatı tərəfindən son dərəcə nəfis şəkildə dərc olunan kitabda toplanan şeirlər «İçimdəki dərd ağacı», «Yurdun bayrağı», «Mən demədim», «Tanrıyla görüş», «Sevgimə toxunma», «Dostların qəlbimdə ucalan yeri», «Təklik», «Qoşmalar, gəraylılar» və s. bölmələrə ayrılıb.

Sabir Rüstəmxanlının sözlərinə yazılmış və artıq dillər əzbəri olan mahnı mətnləri də «Mahnılar» adlı ayrıca bölmədə verilib. Kitaba həmçinin şairin «Orxonla görüş» və «Atəş böcəyi» poemaları daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR