Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

AMEA Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub
# 02 oktyabr 2012 09:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə sərgi təşkil olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sərgidə şairin həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan, Avropa və Şərq dillərində olan 200-dən artıq ədəbiyyat və müxtəlif çap əsərləri nümayiş etdirilir.

Sərgi ölkə prezidentinin “Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR