Bank Of Baku

Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş tədbir keçirilib
# 06 oktyabr 2012 11:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Səbail rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə fəlsəfə elmləri doktoru, yazıçı-publisist Salatın Əhmədli, “Cavid ömrü” filmində Hüseyn Cavid və Müşkünaz xanım rollarının ifaçıları, xalq artisti Rasim Balayev və əməkdar artist Dilarə Əliyeva, Hüseyn Cavidin Ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, yazıçı-publisist Atababa İsmayıloğlu, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri Nuranə Əsədullayeva və muzeyin elmi işçisi Tomris Babanlı, Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, kitabxanaların əməkdaşları, oxucular iştirak ediblər.

Natiqlər Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olduğunu, onun sənətinin bütün zamanlar üçün əbədiyaşarlığını vurğulayıblar. Tədbirdə çıxış edən ədəbiyyat və teatr xadimlərinin çıxışlarında Cavid yaradıcılığı bir daha yad edilib, görkəmli yazıçının ömür yoluna nəzər salındı, aktyorların ifasında əsərlərdən parçalar səslənib.

Tədbir iştirakçılarına Hüseyn Cavidin əsərlərindən ibarət kitab sərgisi və həyatını əks etdirən foto-stend təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR