Bank Of Baku

Şair Şəkər Aslanın anım günü keçirilib - FOTO

Şair Şəkər Aslanın anım günü keçirilib - <font color=red>FOTO</font>
# 10 oktyabr 2012 14:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Şəkər Aslanın anadan olmasının 77-ci ildönümü münasibətilə onun doğulub boya-başa çatdığı Lənkəranın Boladi kəndində anım günü keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi İltifat Saleh açıb.

“Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, poliqrafçı alim Şəddad Cəfərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Məmməd Həbib, “Aşkarlıq” qəzetinin baş redaktoru Etibar Əhədov və başqaları Şəkər Aslanla bağlı xatirələrini dilə gətiriblər.

Sonda məktəblilərin ifasında Şəkər Aslanın şeirləri səsləndirilib.
Qeyd edək ki, Şəkər Aslan 1935-ci il oktyabrın 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində ali təhsil alıb. Ədəbi fəaliyyətə "Sosialist subtropikası" rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şerlə başlayıb. Sonralar "Leninçi" adı ilə nəşr olunan həmin qəzetin redaksiyasında ədəbi işçi (1964-1968), Azərbaycan KP Lənkəran rayon komitəsində təlimatçı vəzifəsinə çalışıb. 1970-ci ilin sentyabrından 1990-cı ilin yanvar ayınadək "Leninçi" qəzetinin redaktoru işləyib. "Sən kimsən, ata?" (1982) və "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, "Söz" jurnalının təsisçisi və baş redaktoru olub. 1995-ci il iyulun 13-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR