Bank Of Baku

Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib

Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib
# 10 oktyabr 2012 15:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın xalq şairi Mirvarid Dilbazin 100 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev onun Azərbaycan ədəbiyyatında özünəməxsus yerinin olduğunu deyib. Nazir bildirib ki, M. Dilbazi çox böyük yaradıcılıq yolu keçən şairədir.

Tədbirdə millət vəkili, professor Nizami Cəfərov, professor Rüstəm Kamal, Yazıçılar Birliyinin sədri Anar, şairə Firuzə Məmmədli və başqaları çıxış edib.

Xatirə tədbiri daha sonra bədii hissə ilə davam etdirilib. Aktyorların ifasında M. Dilbazinin şeirləri səslənib, sözlərinə bəstələnən mahnılar ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR