Bank Of Baku

Ədəbiyyat üzrə Nobel mükafatı çinli yazıçıya verilib

Ədəbiyyat üzrə Nobel mükafatı çinli yazıçıya verilib
# 11 oktyabr 2012 14:01 (UTC +04:00)
APA-nın məlumatına görə, münsiflər heyəti Mo Yanın ədəbi nümunələrini Folkner və Markesin əsərləri ilə müqayisə edərək qeyd edib ki, nasir öz yaradıcılığında qədim Çin ədəbiyyatı və folklor ənənələrinə söykənir.

Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı ilk dəfədir ki, Çin vətəndaşına verilir. 2000-ci ildə bu mükafat Qao Sintszyana verilib, lakin o çinli olsa da, Fransa vətəndaşıdır.

57 yaşlı Mo Yan Honkonq Açıq Universitetinin filologiya doktorudur. Əsl adı Quan Moe olan yazıçının təxəllüsünün mənası “Sus” deməkdir. Nobel mükafatının maddi dəyəri 1,1 milyon dollardır. Bukmekerlər yapon Xaruki Murakamini favorit saysalar da, mükafat çinli yazıçıya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR