Bank Of Baku

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının təsisçi üzvü İsmayıl Serageldin Türkiyəyə səfər edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının təsisçi üzvü İsmayıl Serageldin Türkiyəyə səfər edib
# 20 oktyabr 2012 07:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının təsisçi üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Serageldin Türkiyəyə səfər edib.

APA-nın məlumatına görə, səfəri zamanı Türkiyənin baş nazirinin müavini Bəşir Atalayla geniş tərkibli görüş keçirilib. Görüşdə Sivilizasiyalar Alyansı, mədəniyyətlərarası dialoq mövzuları ilə yanaşı Gəncə şəhərində keçirilən Nizami Gəncəvi 870 yubiley tədbirləri, yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və onun gələcək fəaliyyəti o cümlədən Türkiyə arxivlərində saxlanılan önəmli əlyazmaların digital nüsxəsi yaradılaraq bu mərkəzə təqdim olunması mövzusunda fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR