Azərbaycanın dahi şairi Hüseyn Cavidin anadan olmasından 130 il ötür
1898-1903-cü illərdə Təbriz və Urmiyada yaşayan Hüseyn Cavid Təbrizdəki «Talibiyyə» mədrəsəsində təhsil alıb. 1906-1909-cu illərdə İstanbul Universitetində oxuyub, orada Rza Tofiq və Tofiq Fikrət kimi şairlərin əsərlərindən bəhrələnib. 1903-cü ildə «Şərqi-Rus» qəzetində ara-sıra məqalələr dərc etdirib. Tələbə ikən «İrşad» qəzetində «Növhə», «Füyuzat» dərgisində isə «Bir ahi-məzlumanə» adlı şeirlər dərc etdirib.
1909-1910-cu illərdə Naxçıvanda müəllim işləyən Hüseyn Cavid orada «Ana» (1910) pyesini yazıb. 1911-ci ildə Tiflisə gedərək 1917-ci ilə qədər burada yaşayıb. O, Tiflisdə «Maral»(1912), «Şeyx Sənan»(1914), «Şeyda»(1916) pyeslərini qələmə alıb, «Keçmiş günlər»(1913) kitabını «Şərq» mətbəəsində nəşr etdirib. 1918-1919-cu illərdə Naxçıvanda «Ruşdiyyə» məktəbində dərs deyən Hüseyn Cavid Bakıdakı «Yaşıl qələm» dərnəyinin üzvü olub.
1918-ci ildə «Bahar şəbnəmləri» kitabını çapdan çıxarması, 1918-ci ildə «İblis», 1919-cu ildə isə «Uçurum» faciələrinin yazılması və xüsusən də «İblis» pyesinin uğurla tamaşaya qoyulması Cavidin şöhrətini daha da artırıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyən Hüseyn Cavid «Azər» poeması (1928), «Afət» (1922), «Peyğəmbər» (1923), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), «İblisin intiqamı» (1936) pyeslərini yazıb. 1922-ci ildə «Hüseyn Cavid axşamı» keçirilib.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıdıb. 1927-ci ildə ona fərdi təqaüd kəsilib. Lakin 1931-ci ildən etibarən dövri mətbuatda onun haqqında tənqidi məqalələr getməyə başlayıb. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Lenin və Stalini mədh etməkdən qətiyyətlə boyun qaçırıb. 1934-cü ildə üzvü olduğu Yazıçılar İttifaqında «burjua yazıçısı» kimi damğalanıb, 1937-ci ildə «Gizli millətçi əksinqilabi təşkilat»da iştirakı bəhanəsi ilə 8 illik həbs cəzasına məhkum edilərək Sibirə sürgün olunub.
Hüseyn Cavid elə sürgündə - 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat edib. 1956-cı il martın 6-da bəraət alan Cavidin cənazəsi 1982-ci ildə Heydər Əliyevin köməyi sayəsində vətənə gətirilib. Bakıda heykəli, Naxçıvanda türbəsi və ev muzeyi var.
Hüseyn Cavid Müşkünaz Cavidin həyat yoldaşı, Ərtoğrul və Turan Cavidlərin atası olub. Şair həbs olunduqdan sonra ailəsi müxtəlif təzyiq və məhrumiyyətlərə məruz qalıb. Bütün bunların nəticəsində istedadlı bəstəkar və rəssam olan oğlu Ərtoğrul 1943-cü ildə vərəm xəstəliyindən 24 yaşında vəfat edib. Cavidlər ailəsi Naxçıvanda - Hüseyn Cavidin adını daşıyan məqbərədə dəfn olunub. Məqbərə 1996-cı ildə inşa olunub.
Ədəbiyyat
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana ukraynalı şairin adı verilib
Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib - FOTO
Mədəniyyət Nazirliyi şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yayıb
Xəbər Lenti
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, xilasetmə əməliyyatı aparılır- YENİLƏNİB-1
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib