Bank Of Baku

Astarada yazıçı-publisist Fatma Həsənqızının yubileyi qeyd olunub

Astarada yazıçı-publisist Fatma Həsənqızının yubileyi qeyd olunub
# 26 oktyabr 2012 11:52 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Fatma Həsənqızının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə poliqrafçı alim Şəddat Cəfərov, şairə, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev, professor Şahrza Əliyev və digərləri çıxış edərək, yubilyar barədə ürək sözlərini dilə gətiriblər. Bütün çıxışlarda Fatma Həsənqızının şair, yazıçı-publisist kimi çoxşaxəli yaradıcılığından, uşaqlar üçün qələmə aldığı pyeslərdən, alleqorik şeirlərindən, eləcə də respublikamızın tanınmış şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən publisistik əsərlərindən ətraflı söhbət açılıb.

Tədbirdə həmçinin Astara RİH-nin başçısı Qəzənfər Ağayevin yubilyara ünvanlanmış təbrik məktubu oxunub və ona Fəxri Fərman təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR