Bank Of Baku

“Osmanlının çöküşünə Rusiyadan baxış” adlı kitab çap olunub - FOTO

“Osmanlının çöküşünə Rusiyadan baxış” adlı kitab çap olunub - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 10:53 (UTC +04:00)
Bakı - APA. Politoloq Adıgözəl Məmmədovun “Osmanlının çöküşünə Rusiyadan baxış” adlı kitabı çap olunub.

APA-nın xəbərinə görə, müəllifin çoxillik araşdırmalarının nəticəsi olan kitabın redaktoru S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, elmi məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərlidir.

Müəllif əsərində bu günədək yetərincə diqqət yetirilməmiş bir problemə - Osmanlı imperiyasının tənəzzülündə Rusiya faktorunu araşdırıb, bu zaman 500-dən artıq mənbədən istifadə edib.

Kitab mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR