Bank Of Baku

Anar: “Rafiq Tağı çox istedadlı yazıçı idi, təəssüf ki, səhv yola getdi”

Anar: “Rafiq Tağı çox istedadlı yazıçı idi, təəssüf ki, səhv yola getdi”
# 31 oktyabr 2012 11:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rafiq Tağının düşünülməmiş bəyanatları çox olub, o, məhz buna görə AYB üzvlüyündən çıxarılıb: “Rafiq Tağı Füzuliyə “şarlatan” deyirdi, Mirzə Cəlili “vətən xaini” adlandırırdı. Səməd Vurğun haqqında isə çox təhqiramiz ifadələr işlədirdi. Buna görə də biz buna dözə bilməzdik və onu AYB üzvlüyündən çıxarmaq qərarı verdik”.

Anar bildirib ki, Rafiq Tağı öldürüləndə AYB çox təəssüflənib və başsağlığı verib: “O, çox istedadlı yazıçı idi. Heyf ki, o, bu yola getdi və ömrü bu sonluqla bitdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR