Bank Of Baku

Bakıda Abdulla Şaiqin xatirə lövhəsinin açılışı keçirilib

Bakıda Abdulla Şaiqin xatirə lövhəsinin açılışı keçirilib
# 31 oktyabr 2012 13:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Abdulla Şaiqin mənzil-muzeyində böyük ədibin xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış barelyefli xatirə lövhəsinin açılışı və anadan olmasının 130 illiyinə həsr edilmiş “Əgər Şaiq olmasaydı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Abdulla Şaiqin yaradıcılığını tədqiq edən alimləri, kitabda məqalələri çap olunan müəlliflər, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ədibin zəngin yaradıcılığından və milli ədəbiyyatın inkişafı və tərəqqisi naminə gördüyü işlərdən söz açıb. Nazir bildirib ki, bütün dövrlər üçün aktual olan A.Şaiq irsinin təbliğinin böyüməkdə olan gənc nəslin yetişməsində böyük əhəmiyyəti var. Tədbirdə çıxış edən Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, AMEA-nın müxbir üzvi Teymur Kərimli və Xalq Şairi Fikrət Qoca görkəmli sənətkarın çox şaxəli yaradıcılığı, bənzərsiz şəxsiyyəti haqqında ətraflı danışıblar. Vurğulanıb ki, Abdulla Şaiq Azərbaycan yazıçıları içərisində yeganə şəxs olub ki, hələ sağlığında xatirəsi əbədiləşdirilib, onun adına Nümunə məktəbi fəaliyyətə başlayıb. Çıxışlardan sonra xatirə lövhəsinin üzərindəki ağ örtük götürülüb və tədbir iştirakçıları muzeylə yaxından tanış olublar.

Tədbirin davamı olaraq “Əgər Şaiq olmasaydı” kitabının təqdimat mərasimi keçirilib.

Kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, redaktoru isə filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR