Bank Of Baku

Moskvada dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun abidəsinin açılışı olacaq

Moskvada dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun abidəsinin açılışı olacaq
# 05 noyabr 2012 14:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimi abidənin qoyulduğu M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək.

Dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan mərasimdə “Çeloveçeskiy razum, etot bojestvenniy dar” kitabının təqdimatı da olacaq.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasim noyabrın 23-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR