Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq

Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq
# 29 may 2019 10:31 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında müqavilə imzalanıb.

ONA-nın məlumatına görə, müqaviləyə əsasən, Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq.

Sənəddə elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elmi tədqiqat, kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və digər məsələlər əksini tapıb.

Müqaviləni ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR