Qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələri müəyyənləşir

Qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələri müəyyənləşir
# 28 fevral 2023 13:52 (UTC +04:00)

Qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələri müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- Qeyri-maddi mədəni irs sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

- Qeyri-maddi mədəni irsin qorunmasının hüquqi təminatını gücləndirmək məqsədilə milli qanunvericiliyi təkmilləşdirmək;

- Qeyri-maddi mədəni irs nümunələrinin aşkar edilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə dövlət strategiyaları hazırlamaq, dövlət büdcəsi hesabına maliyyələşdirmək və həyata keçirmək;

- Qeyri-maddi mədəni irs nümunələrinin bərpasını həyata keçirmək;

- Ənənəvi dekorativ, milli-təsviri və xalq tətbiqi nümunələri əsasında məhsul və xidmətlərin istehsalının artırılması vasitəsi ilə qeyri-maddi mədəni irs sənayesini dirçəltmək və bu sahədə peşə təhsili müəssisələrini dəstəkləmək;

- Qeyri-maddi mədəni irs sahəsində müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasını təşkil etmək;

- Qeyri-maddi mədəni irs sahəsində beynəlxalq normativ bazanın və təcrübənin tətbiqini həyata keçirmək;

- Qeyri-maddi mədəni irsin yerli, milli və beynəlxalq səviyyədə təbliği məqsədilə layihələr hazırlamaq və həyata keçirmək, habelə mediada işıqlandırılmasını təşkil etmək;

- Qeyri-maddi mədəni irs sahəsində idarəetmə sistemini təkmilləşdirmək və müasir üsulların tətbiqini dəstəkləmək;

- Qeyri-maddi mədəni irs sahəsində özəl sektor üçün əlverişli şərait yaratmaq və qeyri-hökumət təşkilatlarını dəstəkləmək;

- Qeyri-maddi mədəni irs sahəsində maliyyələşdirmək mənbələrini diversifikasiya etmək, o cümlədən dövlət büdcəsindən bu məqsədlə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsini təmin etmək, qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən (qrant, ianə və s.) vəsaitləri cəlb etmək;

- Qeyri-maddi mədəni irs sahəsində infrastruktur vahidlərinin binalarında təmir-bərpa və tikinti işləri aparmaq, onları müasir texniki avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz etmək və səhnə geyimləri, ifa alətləri və sənətkarlıq ləvazimatları ilə təmin etmək;

- Ayrı-ayrı sosial qruplar, fərdi şəxslər və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycan ərazisində mövcud olan yeni qeyri-maddi mədəni irs nümunələrini aşkar etmək;

- Qeyri-maddi mədəni irs sahəsində fəaliyyətin həyata keçirilməsi zamanı ölkənin mədəni ənənələrinin, ənənəvi davranış modellərinin qorunub saxlanılmasını təmin etmək;

- Qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinin aparılmasını təmin etmək;

- Ölkə ərazisində və kənarda dövlət reyestrinə daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrindən istifadə qaydalarını müəyyənləşdirmək;

- UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni irs üzrə Siyahısına daxil edilmiş Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin effektiv qorunması və onların adlarından istifadə qaydalarını müəyyənləşdirmək;

- Qeyri-maddi mədəni irs nümunələrinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasına dair monitorinq həyata keçirmək, bununla bağlı məlumatlar toplamaq və müvafiq hesabatlar hazırlamaq;

- Qeyri-maddi mədəni irs sahəsinin kadr tələbatı nəzərə alınmaqla bu sahədə ixtisası kadrların hazırlanmasını təmin etmək;

- Qeyri-maddi mədəni irs sahəsində xüsusi rolu olmuş mədəniyyət xadimlərinə maddi və mənəvi dəstək göstərmək, təlim, ixtisaslaşdırma, treninq, təcrübə kursları təşkil etmək və gənc istedadları aşkar etmək;

- Qeyri-maddi mədəni irs nümunələrinin formal və qeyri-formal təhsil vasitəsi ilə nəsildən nəslə ötürülməsinə şərait yaratmaq;

- Qeyri-maddi mədəni irs sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsinə şərait yaratmaq;

- Qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq təşkilatlar çərçivəsində tanıtmaq və xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri vasitəsi ilə onların təbliğini həyata keçirmək.

Qeyd edək ki, qeyri-maddi mədəni irs Azərbaycan Respublikasının mədəni ənənələrini təmsil edən, Azərbaycan xalqı, ayn-ayn sosial qruplar və ya fərdi şəxslər tərəfindən ondan əhatə edən mühitə cavab olaraq, onların təbiətlə və öz tarixləri ilə qarşılıqlı təsirindən asılı olaraq yaradılan, qorunan və nəsildən-nəslə ötürülən bacarıq, dəyər və davranış modellərindən, şifahi ənənələr və onların ifadə formalarından, ifaçılıq sənətlərindən, sosial təcrübələr, ayin və bayramlardan, təbiət və kainata dair bilik və təcrübələrdən, ənənəvi sənətkarlıqdan, habelə onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanlarından ibarət olan Azərbaycan Respublikasının mədəni irsinin bir hissəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR