Bank Of Baku

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı konfrans keçirilib

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı konfrans keçirilib
# 17 iyul 2026 12:27 (UTC +04:00)

Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı elmi konfrans təşkil olunub.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Mehmandarovların malikanəsində keçirilən konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin moderatoru AYB-nin katibi, yazıçı İlqar Fəhmi olub.

Konfransda çıxış edən alimlər, ədəbiyyatşünaslar və qələm adamları Xaqani Şirvaninin Azərbaycan və Şərq ədəbiyyatındakı yeri, onun zəngin poetik irsi, fəlsəfi dünyagörüşü və yaradıcılığının müasir dövrdə aktuallığı barədə fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, Xaqani Şirvaninin irsi Azərbaycan ədəbi fikrinin ən qiymətli nümunələrindən biri olmaqla yanaşı, ümumbəşəri dəyərləri özündə əks etdirən zəngin mənəvi xəzinədir.

Tədbir müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR