Bakı. Cavid Zeynalov - APA. Mayın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Milli Kitabxanası və Cəfər Cabbarlının Ev Muzeyi ilə birgə görkəmli dramaturq C.Cabbarlının tərcümə etdiyi əsərlərinin toplusu - “Cəfər Cabbarlının tərcümələri” kitabının təqdimatı keçiriləcək.
Kitabxanadan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə tərtib edilmiş kitabda ədibin rus və Avropa yazıçılarından tərcümə etdiyi əsərlər toplanıb.
Kitabın tərtibatçısı ədibin nəvəsi, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızıdır.