Bank Of Baku

“Məhəmməd Füzulinin qəzəllərinin irfani şərhi” kitabının III cildinin təqdimat mərasimi keçirilib

“Məhəmməd Füzulinin qəzəllərinin irfani şərhi” kitabının III cildinin təqdimat mərasimi keçirilib
# 07 iyun 2013 16:45 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində Əsgər Şahinin “Məhəmməd Füzulinin qəzəllərinin irfani şərhi” kitabının III cildinin təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin müəllifin yaradıcılığının İran və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafının və möhkəmlənməsi istiqamətindəki rolundan danışıb: “Füzuli hər iki xalqın sevdiyi şairdir. Bu gün onun qəzəllərinin irfani şərhinin üçüncü cildinin hazırlanması təqdirəlayiq haldır. Əminəm ki, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə çap olunan kitab Füzuli sevərlərə bir hədiyyədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR