Bank Of Baku

“Məmləkətdən dünyaya” kitabının təqdimatı keçirilib

“Məmləkətdən dünyaya” kitabının təqdimatı keçirilib
# 08 iyun 2017 16:39 (UTC +04:00)

Bakı Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqənə göndərilən esselərdən ibarət “Məmləkətdən dünyaya” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım esse müsabiqəsinin keçirilməsini Azərbaycan-Türkiyə ədəbiyyatları arasındakı uğurlu əməkdaşlıq kimi dəyərləndirib.  

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Əhməd Hamdi Tanpınarın türk ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Səfir bildirib ki, müxtəlif ölkələrdə Tanpınar irsinin təbliği üçün vacib layihələr həyata keçirilir: “Azərbaycanda keçirilən “Tanpınarı kəşf edirəm” esse müsabiqəsi də bu layihələrdən biridir. Sevinirəm ki, müsabiqə uğurla başa çatdı. Layihənin təşkilində əziyyət çəkən bütün şəxslərə minnətdarlığımı bildirirəm”.  

 

Müsabiqənin layihə əlaqələndiricisi Şəhla Aslan, münsif Səlim Babullaoğlu və başqaları esse müsabiqəsinin ədəbiyyatın təbliği üçün vacibliyindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR