Bank Of Baku

“Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimi keçirilib

“Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimi keçirilib
# 25 may 2017 09:24 (UTC +04:00)

Mayın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə akademik Nizami Cəfərovun “Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, əvvəlcə xalq artisti Nurəddin Mehdixanlı Səməd Mənsurun “Həpsi rəngdir” şeirini səsləndirib. 

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov vətənin, xalqın tərəqqisi naminə təmənnasız xidmətlər göstərmiş elm, ədəbiyyat, incəsənət sahəsində xidmətləri olan Səməd Mənsur irsinin tədqiq edilməsi, gələcək nəslə çatdırılmasında təqdim edilən kitabın mühüm rolu olduğunu bildirib.  

 

Kitabın ön sözünün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Səməd Mənsur yaradıcılığının çoxşaxəliliyindən söz açıb. Qeyd edib ki, Nizami Cəfərovun Səməd Mənsur irsinə belə toplu baxışını, şairin zəngin poeziyasını müxtəlif dövrlər və üslublar üzrə təsnif etməsini, haqqında daha əvvəl yazılanlara nəzər salıb dəyərləndirməsini S.Mənsurun ədəbiyyat tariximizə qayıdışı  kimi qiymətləndirmək olar.

 

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitabın ərsəyə gəlməsini müasir dövr üçün aktual addım kimi dəyərləndirib.

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, ADPU-nun Filologiya fakültəsinin dekanı Buludxan Xəlilov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, S.Mənsur irsinin tədqiqatçısı Yadigar Əsgərova və digər çıxışçılar bildiriblər ki, şairin poeziyasında ən böyük ustadı saydığı Füzulidən üzü bəri Molla Pənah Vaqif və aşıq şeirindən Sabir satirasına qədər bir yolu izləmək mümkündür

 

 

Kitabın müəllifi, akademik Nizami Cəfərov çıxış edərək əsərin çap olunmasında xidməti olan hər kəsə təşəkkürünü bildirib.

 

Tədbirdə şairin ailəsi adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Vaxtilə xalq yazıçısı Anarın S.Mənsur yaradıcılığına müraciət etdiyini diqqətə çatdıran nazir qeyd edib ki, dövlət başçısının sərəncamı ilə vaxtilə şairin adı əbədiləşdirilib, Əmircanda onun xatirə lövhəsinin açılışı olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR