Bank Of Baku

"Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı Bakıda ilk dəfə çap olunub

"Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı Bakıda ilk dəfə çap olunub
# 03 may 2018 08:09 (UTC +04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir.

 

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb. 

 

M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış  məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. 

 

Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir.

 

Qeyd edək ki, əsər Azərbaycanda ilk dəfə nəşr olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR