Bank Of Baku

"Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb

"Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb
# 14 iyul 2017 13:04 (UTC +04:00)

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb. Mərkəzdən APA-ya verilən məlumata görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

 

“İntellekti” nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır. 

 

Kitabın təqdimatı payızda Tiflisdə keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR