Bank Of Baku

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 09 avqust 2014 10:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatın əbədiyaşarlıq ünvanı" adlı tədbir keçirib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib, İ. Əfəndiyevin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışılıb.

 

Mərasimdə yazıçının keçdiyi həyat yolu və yaradıcılığından bəhs edən video-çarx tamaşaçılara nümayiş olunub. Yubiley tədbiri "Xalq" dram dərnəyi, "Bahar" rəqs qrupu və "Nərgiz" xalq kollektivinin musiqi nömrələri ilə davam etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR