Bank Of Baku

AMEA-da “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirilib - FOTOSESSİYA

AMEA-da “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 sentyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva bildirib ki, bugünkü tədbirin təşkilatçıları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetidir.

 

O, daha sonra Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından söz açıb: "Şəhriyarın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onun şeirləri bir çox dillərə tərcümə olunaraq, insanların ruhunu oxşayıb”.

 

G.Baxşəliyeva insanpərvərlik, vətənpərvərlik və xəlqiliyin Şəhriyar yaradıcılığının ana xəttini təşkil etdiyini də qeyd edib.

 

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli də Şəhriyarın yaradıcılığından bəhs edib. O bildirib ki, Şəhriyar yaradıcılığı türk-müsəlman ədəbiyyatının nadir xəzinəsinə böyük töhfələr vermiş zəngin ədəbiyyat sırasındadır: "Onun adı bütün dünyada tanınmış Şərq mütəfəkkirləri ilə birlikdə çəkilir".

 

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Şəhriyar şeirinin əsasını təşkil  edən ənənəvilikdən, şairin yaradıcılığındakı novator cəhətlərdən söz açıb.

 

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və Şəhriyarın xatirəsinə həsr olunan bu tədbirin iki ölkə arasında münasibətlərin nümunəsi olduğunu qeyd edib.

 

Sonda Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş film nümayiş olunub.

 

Qeyd edək ki, xatirə günündə İraqın, Qırğızıstanın və Tacikistanın səfirləri, Azərbaycan alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar da iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR