Bank Of Baku

AMEA-nın Ədəbiyyat İnstitutunda türkiyəli alim Yavuz Akpınarla görüş keçirilib

AMEA-nın Ədəbiyyat İnstitutunda türkiyəli alim Yavuz Akpınarla görüş keçirilib
# 16 yanvar 2014 12:01 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli türk yazıçısı və alimi Yavuz Akpınarla görüş olub.

 

İnstitutun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi məlumata görə, institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı Yavuz Akpınarın Azərbaycanla 30 ildən çox əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Məhz bu fəal və sıx əlaqələrinə görə də türkiyəli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adına layiq görülüb. O, Türkiyədə azərbaycanşünaslıq elminin görkəmli tədqiqatçılarından biri hesab olunur.

 

Daha sonra Nikpur Cabbarlı eimi-tədqiqat müəssisəsində yeni yaradılmış Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.

 

Görüşdə söz alan Yavuz Akpınar institutun yeni şöbəsinin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu, elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan ədəbiyyatşünaslarına yaxından köməklik göstərəcəyini bildirib. Sonra şöbə əməkdaşları apardıqları elmi-tədqiqat işləri barədə qonağı məlumatlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR