Bakı. Cavid Zeynalov – APA. AMEA-nın Əlyazmalar İnstitutu Atayinin türkcə “Xəmsə”sinin surətini əldə edib. APA-nın məlumatına görə, institut XVI-XVII əsr Osmanlı şairi Atayinin Nizami Gəncəvidən təsirlənərək türk dilində yazdığı “Xəmsə”sinin ABŞ-ın Baltimor şəhərində yerləşən Volters İncəsənət Muzeyində saxlanılan nüsxəsinin surətini əldə edib.
Xeyrulla Çavuşzadə adlı katib tərəfindən 1721-ci ildə nəstəliq xətti ilə köçürülmüş 320 səhifədən ibarət əlyazmada 38 miniatür var.