Bank Of Baku

AMEA Əlyazmalar İnstitutu XVI əsr Azərbaycan şairi Qəribinin şeirlərini əldə edib

AMEA Əlyazmalar İnstitutu XVI əsr Azərbaycan şairi Qəribinin şeirlərini əldə edib
# 18 aprel 2013 12:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Tehranın Məclis kitabxanasından XVI əsr şairi “Qəribinin türkcə əsərləri” məcmuəsinin surətini əldə edib.

 

İnstitutun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, 184 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş məcmuə Muxtar ibn İraqi Marağayi tərəfindən köçürülüb.

 

Məcmuəyə Azərbaycan türkcəsində yazılmış, İslama, şiəliyə aid «Risaleyi-Yuhənna» əsəri, 12 imama həsr edilmiş mənaqib, qəsidə, tərcibənd və tərkibbəndlər, şairin divanı və Osmanlı şairlərinə həsr etdiyi, əsasən Osmanlı türkcəsində yazdığı təzkirə daxil edilib. Qəribi Şah İsmayıl Xətai qəzəllərinə təxmislər yazıb, Şah Təhmasibə qəsidə həsr edib. Əlyazmanın nəzərdən keçirilməsi göstərir ki, əsər XVI əsrin birinci yarısında, Qəribi Təbrizdə Şah Təhmasibin sarayında yaşadığı zaman tamamlanıb. Qəribinin şeirləri Səfəvilər dövrü anadilli Azərbaycan şeirinin ən ilk nümunələrindən biri kimi dəyərlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR