Bakı. Cavid Zeynalov - APA. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filoloq alim, institutun keçmiş direktoru Məmməd Adilovun 60 illik yubileyinə həsr edilən anım tədbiri keçirilib.
AMEA-dan APA-ya verilən məlumata görə, institutun direktor əvəzi Paşa Kərimov Məmməd Adilovun həyat və yaradıcılığı, elmi irsi, elm təşkilatçılığı sahəsindəki fəaliyyəti, şəxsi insani keyfiyyətləri barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüb.
Xatirə tədbirində elmi katib, fəlsəfə doktoru Əli Əliyev, filologiya elmləri doktorları Möhsün Nağısoylu, Kamandar Şərifli, Nəsib Göyüşov, Azadə Musayeva, fəlsəfə doktorları Mehri Məmmədova, İmaməddin Zəkiyev və başqaları Məmməd Adilov haqqında xatirələrini danışıb, fikirlərini bildiriblər.