Bank Of Baku

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Xurşid Banu Natəvan - 180” kataloqu hazırlanıb - FOTO

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Xurşid Banu Natəvan - 180” kataloqu hazırlanıb - <span style="color: red;">FOTO
# 08 yanvar 2013 08:49 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Xurşid Banu Natəvan - 180” kataloqu hazırlanıb.

 

Muzeydən APA-ya verilən məlumata görə, elmi redaktoru akademik Nailə Vəlixanlı olan kataloq ölkə prezidentinin sərəncamına əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşid Banu Natəvanın anadan olmasının 180 illiyi ilə əlaqədar hazırlanıb. Kataloqun giriş hissəsində Natəvanın bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunub.

 

Hazırda Muzeyin fondlarında Xurşid Banu Natəvanın həyatına dair müxtəlif materiallar qorunur, onlar ilk dəfə olaraq bu kataloqda əksini tapıb. Gözəl zövqə malik və mahir tikiş ustası olan Xurşid Banu Natəvanın əl işləri olan bir sıra tikmə və paltarlar Muzeyin inciləri sırasındadır. Əşyalar bu dahi şəxsiyyətin fəaliyyətinin yeni-yeni səhifələrini göstərməklə bərabər, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan zadəgan nəslinin məişətini təsəvvür etməyə imkan verir.

 

Kataloqda hər eksponatın fotoşəkli ilə bərabər onun inventar nömrəsi, dövrü, düzəldilmə materialı, ölçüləri göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR