Bank Of Baku

Ankarada türk dünyası qadın yazarlarının simpoziumu başlayıb

Ankarada türk dünyası qadın yazarlarının simpoziumu başlayıb
# 27 may 2015 10:24 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. Türkiyənin paytaxtı Ankara şəhərində türk dünyası qadın yazarlarının simpoziumu başlayıb. Simpoziumun  təşkilatçılarından olan Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncər Kırhan APA-ya bildirib ki, toplantı baş nazirin icra aparatına bağlı Tanıtma Fondunun dəstəyi ilə keçirilir:

 

“Axşam Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana Başqanlığının konfrans salonunda Qarabağ Sənət Gecəsi keçirəcəyik. Gecədə Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərli İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən bir səhnə nümayiş etdirəcək. Azərbaycan Kültür Dərnəyinin xalq rəqsləri ansamblı “Qaval ilə rəqs”i ifa edəcək. Muğam ustası, əməkdar artist Feyruz Səxavət və aşıq Arzu Qurbani də axşam proqramında çıxış edəcək sənətkarlar arasında olacaqlar. Mayın 28-də səhər saatlarında Şərqin ilk cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarətə gedəcəyik”.

 

T. Kırhan simpozimun mayın 28-də günortadan sonrakı iclasında “Keçmişdən bu günə qadın qələmindən Qarabağ” mövzusunda professor Almaz Məmmədova və dosent Nüşabə Sadıqlının məruzə ilə çıxış edəcəklərini söyləyib: “İclasa Giresun Universitetinin rektoru, professor Aygün Attar sədrlik edəcək. Axşamüstü keçiriləcək iclasda isə yazarlar Günel Rzayeva və Əli Akbaş fikir və düşüncələrini dinləyicilərlə bölüşəcəklər. Simpoziumun axşamkı iclasında Hollandiyadakı Avrasiya Vəqfinin başqanı Fatma Aktaş, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə və dosent Nəsiman Yaqublunun çıxışları nəzərdə tutulub. İştirakçılar mayın 29-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəndən sonra Azərbaycan Kültür Dərnəyinin mərkəzi qərargahında simpoziumla bağlı ümumi dəyərləndirmə iclası keçiriləcək. Mayın 30-da isə xaricdən gəlmiş qonaqlarımızı öz ölkələrinə yola salacağıq”.

 

Qeyd edək ki, Ankaradakı Azərbaycan Kültür Dərnəyi 2 fevral 1949-cu ildə Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradılıb. Rəsulzadə o vaxt   Türkiyə vətəndaşı olmadığına görə dərnəyin rəsmi qurucuları arasında yer ala bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR