Bank Of Baku

AYB-də şair Əhməde Həponun 80 illik yubileyi qeyd olunub

AYB-də şair Əhməde Həponun 80 illik yubileyi qeyd olunub
# 22 may 2014 12:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Əhməde Həponun 80 illik yubileyi qeyd olunub.

 

APA-nın məlumatına görə, AYB-nin katibi Arif Əmrahoğlu tədbirdə çıxış edərək bildirib ki, Əhməde Həponun yaradıcılığı milli ənənələrə söykənən poeziya nümunələridir. O, Ə. Həponun Azərbaycan radiosundakı fəaliyyətini, ədəbi-publisistik yazılarını ədəbiyyata və Azərbaycan jurnalistikasına xidmət kimi dəyərləndirib.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov sədr Arif Alışanovun Ə. Həpoya ünvanladığı təbrik məktubunu oxuyub. C. Cahangirov bildirib ki, şair haqqında film çəkilir.

 

Tədbirdə çıxış edənlər Ə. Həponun yaradıcılığı, həyat yolu haqqında fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR