Bank Of Baku

AYB: Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvü deyil

AYB: Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvü deyil
# 08 fevral 2013 11:27 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. “Əkrəm Əylisli dəfələrlə deyib ki, o, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb və bizim keçirdiyimiz tədbirlərdə iştirak etmir. Həmin vaxtdan bu günə kimi AYB-ə qarşı təxribat və böhtan xarakterli çıxışlar edir. AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb”.

 

APA-nın xəbərinə görə, bunu AYB-nin mətbuat xidməti yayıb. Məlumatda qeyd olunur ki, AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb: “Lakin Əylisli “Daş yuxular” romanıyla yalnız yazıçıların deyil bütün xalqın qəzəbinə tuş gəlib. AYB-nin bəyanatında bu barədə ətraflı açıqlama verilib. Bundan sonra da Ə.Əylisli mən “AYB-ni saymıram” mövqeyini bəyan edib. Biz də onun daha AYB-nin üzvü olmadığını təsdiq edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR