Bank Of Baku

AYB sədri, xalq yazıçısı Anar Serbiyada səfərdə olub

AYB sədri, xalq yazıçısı Anar Serbiyada səfərdə olub
# 25 sentyabr 2013 11:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriçin dəvəti əsasında Yazıçıların 50-ci Belqrad Beynəlxalq Qurultayında iştirak etmək məqsədi ilə Serbiyada səfərdə olub.

 

Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, qurultayın təntənəli açılış mərasimində Serbiya Respublikası hökumətinin üzvləri, dini icmaların təmsilçiləri, dünyanın 30-dan çox ölkəsindən gəlmiş ziyalılar və ədiblər, Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov iştirak ediblər.

 

Səfər zamanı A. Rzayev qurultay çərçivəsində keçirilən bir neçə sessiyada iştirak edib, Serbiyanın aparıcı mətbuat orqanlarına müsahibələr verib, serbiyalı ədiblərlə birgə Azərbaycan hökumətinin maddi dəstəyi ilə təmir və bərpa edilmiş “Taşmaydan” parkını ziyarət edib, Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri və 1999-cu ildə Belqrad şəhərinin bombalanması nəticəsində həlak olmuş uşaqların xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri qoyub, Nobel Mükafatı Laureatı serb yazıçısı İvo Andriçin mənzil-muzeyini və görkəmli serb yazıçısı və rəssamı “Curi Yakşiç” Anar Rzayevə Serbiya Yazıçılar İttifaqının fəxri üzvü vəsiqəsi verilib.

 

A.Rzayev səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan Hökumətinin dəstəyi ilə Belqrad şəhərində təmir və bərpa edilmiş “Bayraklı Cami” məscid kompleksini (2004-cü ildə yandırılmışdır) ziyarət edib, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə tanış olub, habelə Serbiya Yazıçılar İttifaqının yüksək səviyyəli qonaqlar üçün təşkil etdiyi xüsusi proqramla Serbiyanın digər şəhərlərində, o cümlədən Novi Sad şəhərində olub, burada  prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan Hökumətinin dəstəyi ilə inşa edilmiş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksini və əsaslı təmir edilmiş “Müqəddəs Petka” kilsəsini ziyarət edib.

 

Qurultayın sessiyaları zamanı Azərbaycanın Xalq şairi Rəsul Rzanın “Rənglər” toplusundan müxtəlif şerlər səsləndirilib.

 

Qurultay çərçivəsində Azərbaycan Yazıçılar Birliyi ilə Serbiya Yazıçılar İttifaqı arasında əməkdaşlıq haqqında Protokolun imzalanması olub. Bu tədbir Serbiya KİV-də geniş işıqlandırılıb. İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən ziyafət təşkil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR