Bank Of Baku

Azərbaycan “Pen Klub”unun saytı hazırlanır - FOTO

Azərbaycan “Pen Klub”unun saytı hazırlanır - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 14:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yazıçılar Birliyində Azərbaycan “Pen Klub”unun mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq yazıçısı, “Pen Klub”un prezidenti Çingiz Abdullayev mətbuat konfransının III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində keçirildiyini bildirib.

 

Onun sözlərinə görə, “Pen Klub” Azərbaycanda 20 ildir fəaliyyət göstərir və bu illər ərzində bir sıra ədəbiyyat layihələri həyata keçirib: “Dünyada çox məşhur olan “Litres.ru” saytında bizim yazıçıların kitabları Azərbaycan dilində də işıq üzü görəcək. Əvvəllər bizə bunun üçün imkan vermirdilər, amma nəhayət, məqsədimizə nail olduq. Bundan başqa, “Pen Klub” Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında önəmli işlərə imza atıb”.

 

Ç.Abdullayev əlavə edib ki, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki dəstəyi ilə “Pen Klub”un saytı hazırlanır: “Biz istəyirik ki, təşkilatımız ən müasir texniki tələblərə cavab versin, saytı fəaliyyət göstərsin. Bu məsələdə bizə Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxından dəstək oldu. Növbəti aylarda həmin saytın təqdimatını keçirəcəyik”.

 

Azərbaycan “Pen Klub”unun vitse-prezidenti Natiq Rəsulzadə təşkilatın gələcək planları barədə danışıb. Onun sözlərinə görə, “Pen Klub” yaxın vaxtlarda bir neçə yeni layihələr həyata keçirəcək: “Həmin layihələrdən biri gənc yazıçılara ustad dərslərinin keçirilməsidir. Biz “Pen Klub” vasitəsilə gənc yazıçıların dünyaya çıxmağına, xarici dillərə tərcümə olunmağına kömək etmək istəyirik. Gələcəkdə ustad dərslərinə dünya şöhrətli yazıçıları cəlb etmək kimi planımız da var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR