Bakı. Könül Kamilqızı - APA. Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi keçiriləcək.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin APA-ya verdiyi xəbərə əsasən, 80 illik yubileylə əlaqədar institutda müxtəlif tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, yubileylə əlaqədar “Ədəbi məcmuə” adlı elmi jurnalın ilk sayı çapdan çıxıb: “Bu jurnal ilk sayı bütövlükdə institutun yubileyinə həsr edilib. Burada institutun tarixi, son yeni tarixi haqqında məlumatlar verili. Bundan əlavə, jurnalda institutunun qurucuları, orada gedən indiki proseslər və islahatlar barədə məlumatlar öz əksini tapıb. Yubiley çərçivəsində institut əməkdaşlarının 1933-2013-cü illərdə - son 80 il ərzində çap etdirdiyi qədim kitabların biblioqrafiyası hazırlanıb. 400 səhifəyə yaxın olan kitab bir institutun timsalında hazırlanan birinci biblioqrafik nüsxədir. Ədəbiyyat İnstitutunun 38 görkəmli alimi haqqında oçerk hazırlanıb. Bundan əlavə, institutun yubileyi ilə bağlı 3 dildə - Azərbaycan, ingilis və rus dillərində yeni kitab hazırlanıb və burada institutun tarixinə aid maraqlı məlumatlar, şəkillər verilib”.