Bank Of Baku

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak edəcək
# 12 noyabr 2012 12:04 (UTC +04:00)

 

 

Bakı. Ülkər Rəşidqızı - APA. Noyabrın 17-dən 20-nə kimi Türkiyənin İstanbul şəhərində XXXI İstanbul Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, həmin şöbənin məsləhətçisi Faiq Xudanlı, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edəcək.

 

Sərgidə ölkəmizin zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 24 kv. m sahə stend qurulması üçün icarəyə götürülüb. Sərgi çərçivəsində həmçinin "Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı" adlı elmi, ədəbi-bədii tədbirin keçirilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR