Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı başa çatıb

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı başa çatıb
# 17 iyun 2014 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı başa çatıb.

 

APA-nın məlumatına görə, qurultayda AYB-nin nizamnaməsinin qəbulu səsverməyə çıxarılıb və qəbul edilib.

 

Həmçinin AYB-nin İdarə Heyəti və təftiş komissiyasının tərkibi təsdiqlənib. 

Qeyd edək ki, AYB-nin katibi, xalq şairi Fikrət Qoca Anarın namizədliyini irəli sürüb və səsvermə nəticəsində Anar yenidən qurumun sədri seçilib.

 

Sədr birliyin katiblərinin siyahısında dəyişiklik olmadığını bildirib. Çingiz Abdullayev, Rəşad Məcid, Arif Əmrahoğlu, Fikrət Qoca yenidən katib, Nazim İbrahimov isə sədr müavini postunda təsdiq olunublar. 

Qeyd edək ki, qurultayda alternativ namizədlər qeydə alınmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR