Bank Of Baku

Bakıda Çingiz Aytmatovun Azərbaycan dilində nəşr olunmuş “Hekayələr” kitabının təqdimatı olub

Bakıda Çingiz Aytmatovun Azərbaycan dilində nəşr olunmuş “Hekayələr” kitabının təqdimatı olub
# 12 noyabr 2014 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qırğızıstanın Azərbaycandakı səfirliyində yazıçı Çingiz Aytmatovun Azərbaycan dilində işıq üzü görmüş “Hekayələr” kitabının təqdimatı olub.

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Avropa və Amerika ölkələri departamentinin başçısı Kanat Tursunkulov, Qırğızıstanın Azərbaycandakı səfiri Aydjiqit Buranov, AYB sədri, xalq yazıçısı Anar və millət vəkilləri iştirak ediblər.

 

AYB sədri Anar kitabın nəşri haqqında fikirlərini bildirib və qeyd edib ki, “Hekayələr” uğurlu tərcümə nümunəsidir.

 

A. Buranov isə “Altun Kitab” nəşriyyatının “Hekayə ustaları” seriyasından Çingiz Aytmatovun “Hekayələr” kitabının nəşr olunmasını böyük sevinclə qarşıladığını qeyd edib.

 

Öz növbəsində tərcüməçilər İbrahim İlyaslı və Təranə Quliyeva kitaba daxil olan 9 hekayədən, habelə hekayələrin tərcüməsi zamanı qarşılaşdıqları maraqlı detallardan söhbət açıblar.

 

Tədbirdə kitabın tərcüməçiləri səfirliyin mükafatları ilə təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR