Bank Of Baku

Bakıda ikinci Beynəlxalq kitab yarmarkası və ədəbiyyat festivalı keçiriləcək

Bakıda ikinci Beynəlxalq kitab yarmarkası və ədəbiyyat festivalı keçiriləcək
# 11 mart 2013 12:48 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Bakıda ikinci Beynəlxalq kitab yarmarkası və ədəbiyyat festivalı keçiriləcək.

 

APA-nın məlumatına görə, festival böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə əlaqədar olacaq. May ayında keçiriləcək festivala Qırğızıstanın vitse-prezidenti Roza Otunbayevanın rəhbərliyi ilə nümayəndə heyəti də qatılacaq. 

Tədbirləri Azərbaycandakı Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz, Böyük Britaniya tərəfdən isə “Silk Road Media” şirkəti, həmçinin “Hertfordshire Press” nəşrlər evi keçirir.
Kitab və ədəbiyyat bayramında beynəlxalq, regional və yerli müəlliflər, dövlət orqanlarının nümayəndələri, nəşriyyatlar, kitab satışı təşkilatları, oxucular iştirak edəcəklər.


Məqsəd Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında kitab nəşri sahəsində əlaqələrin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti ötən ilin noyabr ayında Bişkekdə birinci Mərkəzi Asiya Kitab forumu və ədəbiyyat festivalında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR