Bank Of Baku

Bakıda türk dünyası gənc yazarlarının toplantısı keçirilib - FOTOSESSİYA

Bakıda türk dünyası gənc yazarlarının toplantısı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2013 16:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dünyası gənc yazarlarının toplantısı keçirilib.

 

APA-nın məlumatına görə, Birliyin sədri Əkbər Qoşalı bildirib ki, Dünya Gənc Türk Yazarlar Birliyi 15 ildir fəaliyyət göstərir: “İlk vaxtlarda fəaliyyət göstərmək çox çətin idi, müxtəlif çətinliklərlə qarşılaşmalı olurduq. Bizim təşkilat xarici donorlarla maliyyələşmir. On beş il ərzində təşkilatın onlarla kitabı çıxıb, hər gün yenilənən saytımız fəaliyyət göstərir. Sabah bizim qurultayımız keçiriləcək. İstəyirik rəhbərliyi gənclərə həvalə edək”.

 

Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov toplantını türk dünyasının gənc yazarlarının həyatında əlamətdar gün kimi dəyərləndirib.

 

Millət vəkili Qənirə Paşayeva Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin vacibliyindən danışıb: “İnanıram ki, belə önəmli, uğurlu işləriniz davam edəcək”.

 

Tədbirdə türk dünyasından olan gənc yazarlara – Türkiyədən Murad Aydına, Özbəkistandan Sevil Nurbekova, Azərbaycandan Ələmdar Cabbarlı, Əlirza Həsrət və digərlərinə mükafatlar təqdim edilib.

 

Toplantının sonunda Kərkük Ədəbiyyat Birliyi adından millət vəkili Qənirə Paşayevaya və əməkdar artist Aybəniz Haşımovaya ödüllər təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR