Bank Of Baku

BDU-da Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə respublika elmi konfransı keçirilib - FOTO

BDU-da Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə respublika elmi konfransı keçirilib   - <span style="color: red;">FOTO
# 28 noyabr 2012 11:08 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetində (BDU) böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.

 

APA-nın xəbərinə görə, konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir: “Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Azərbaycan iqtisadiyyatı çox yüksək sürətlə inkişaf etsə də, biz millət olaraq hələ çox yetişməliyik. Bu baxımdan Cavid irsi çox gözəl bir mənbədir. Çünki Hüseyn Cavid XX əsrdə Azərbaycan xalqının milli yetişkənliyinin əsasını qoyan şəxsiyyətlərdən biridir”.

 

Rektor deyib ki, H.Cavidin adının əbədiləşdirilməsində, onun cənazəsinin Azərbaycana qaytarılmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var: “Məhz Cavidin anadan olmasının 100 illiyi ərəfəsində, 1982-ci ildə onun cənazəsinin Azərbaycana qaytarılması üçün böyük komissiya yaradıldı. H.Əliyevin rəhbərliyi ilə Cavidin nəşi Azərbaycana gətirildi. Daim həqiqət, ədalət və səadət axtarmaq yollarında çırpınan romantik qəhrəmanlarının bir çoxu kimi H.Cavid özü də mürəkkəb və iztirablı bir həyat yaşayıb. O, Azərbaycan dramaturgiyasına həyati konfliktlər, böyük xarakterik obrazlar gətirib. Cavid Azərbaycan dramaturgiyasında romantizm cərəyanının ən parlaq nümayəndəsi olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR