2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının sahibi Bob Dilan mükafatlandırma mərasimində iştirak etməyəcək.
APA-nın Nobel Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bob Dilan bununla bağlı İsveç Nobel Akademiyasına məktub ünvanlayıb. “O məktubunda bildirib ki, mükafatın elan olunduğu tarixdən qabaq müəyyən planları, öhdəlikləri olub. Ona görə də dekabrda mükafatı qəbul etmək üçün Stokholma gəlməyəcək. Amma bu, o demək deyil ki, Bob Dilan mükafatdan imtina edib”, - deyə komitənin açıqlamasında qeyd olunur.
Komitə qeyd edib ki, buna oxşar hallar əvvəllər də qeydə alınıb. Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Doris Lessinq, Harold Pinteri və Elfrida Jelinek Stokholma gələ bilməyiblər.