Bank Of Baku

Borçalı aliminin xatirəsinə həsr olunan kitab nəşr olunub

Borçalı aliminin xatirəsinə həsr olunan kitab nəşr olunub
# 05 mart 2013 07:27 (UTC +04:00)

 

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bakı şəhərində “Professor Valeh Hacıların xatirəsinə həsr olunmuş "Qafqaz xalqlarının folkloru ve lingvokulturologiyası" mövzusunda beynəlxalq elmi simpoziumun materialları” kitab şəkilində nəşr edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 18-21 aprel 2012-ci il tarixində Gürcüstan, Azərbaycan və Türkiyənin nüfuzlu elm-mədəniyyət qurumlarının ortaq təşkilatçılığı ilə Tiflisdə eyni adlı mövzuda uluslararasi elmi simpozium keçirilib.

 

Kitab 586 səhifədən (A 4 formatlı) ibarətdir. Nəşrin tərtibçiləri  AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəgfinin rəhbəri Cengiz Alyilmaz, Tiflis Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun direktoru Tsira Baramidzedir. 

 

Kitab AMEA Folklor institutunun Elmi Şurasının qərarı ilə çap olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR